Sudanın Suveren Keçid Şurasının sədri Azərbaycana PUA hücumu ilə bağlı narahatlığını bildirib
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
BAKU.WS President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Azərbaycan ərazisinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə hədəfə alınması və bunun nəticəsində hava məkanınızın pozulması barədə xəbərləri narahatlıqla izlədik. Bu, beynəlxalq hüququn prinsiplərinin və dövlətlərin suverenliyinə hörmət qaydalarının açıq şəkildə pozulmasıdır.
Sudan Respublikasının rəhbərliyi, hökuməti və xalqı adından qardaş Azərbaycan Respublikası ilə tam həmrəyliyimizi ifadə edir, ölkənizin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığınız bütün qanuni addımları dəstəklədiyimizi bildiririk.
Uca Allahdan Azərbaycan Respublikasını qorumasını, ona təhlükəsizlik və sabitlik bəxş etməsini diləyirik.
Zati-alinizə ən yüksək ehtiramımızı və hörmətimizi bildiririk".
Oxşar xəbərlər
Alyona Əliyeva Yaşama Dəstək Mərkəzindən görüntülər paylaşıb
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Yaşama Dəstək Mərkəzində olub. BAKU.WS xəbər verir ki, A.Əliyeva sosial şəbəkə hesabında mərkəzdən görüntülər pay...