Sudanda toqquşmalar nəticəsində 56 nəfər ölüb - VİDEO
Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalarda 56 nəfər ölüb, 595 nəfər isə yaralanıb.
Bu barədə ölkənin Həkimlər Komitəsi məlumat yayıb.
Bildirilib ki, təkcə Xartumda 25 nəfər həyatını itirib, 302 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.
Ölənlər arasında hərbçilərdən əlavə mülki şəxslər də var.
Qeyd edək ki, xüsusi təyinatlılar vahid orduya birləşmək ideyasını dəstəkləmir. Eyni zamanda silahlı qüvvələrə rəhbərlik edəcək şəxsin mülki və ya hərbçi olması ilə bağlı fikir ayrılığı mövcuddur.
Aprelin əvvəlində tərəflər arasında imzalanmalı olan müqavilə fikir ayrılıqları səbəbindən iki dəfə təxirə salınıb. Aprelin 12-dən 13-nə keçən gecə Sudan ordusu Merove şəhərini tərk etmələri barədə xüsusi təyinatlılara ultimatum irəli sürüb.
⚡️There's a bit of a mess in Sudan.
— MARIA (@its_maria012) April 15, 2023
The Sudanese Armed Forces are battling the Rapid Reaction Force.
For clarity, the Armed Forces are pro-American and the SIS is pro-Russian. To simplify as much as possible pic.twitter.com/A5efHA7VJx
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...