İstanbulda gecə klubunda silahlı insident: 2-si polis olmaqla, 5 nəfər yaralandı - VİDEO

İstanbulda gecə klubunda silahlı insident: 2-si polis olmaqla, 5 nəfər yaralandı - VİDEO
Foto Video
Siyasət 75

Türkiyənin İstanbul şəhərinin Sarıyer bölgəsindəki gecə klubunda yaranan mübahisə silahlı insidentlə nəticələnib.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, bir qrup şəxs gecə klubunda mühafizəçilərlə mübahisə edib.

Daha sonra kluba silahlanaraq qayıdan şəxslər ətrafdakılara atəş açmağa başlayıblar.

Hadisə yerinə gələn polislərlə silahlı şəxslər arasında qarşıdurma yaranıb.

Silahlı insident zamanı 2-si polis əməkdaşı olmaqla, gecə klubunun 2 əməkdaşı və 1 taksi sürücüsü xəsarət alıb.

Silahlı şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar.

Son xəbərlər