İstanbulda əhaliyə XƏBƏRDARLIQ: Sabah axşamdan etibarən...

İstanbul Böyükşəhər Bələdiyyəsi Fəlakət Koordinasiya Mərkəzindən (AKOM) hava ilə bağlı xəbərdarlıq edib.
BAKU.WS-in Türkiyə mediasına istinadən məlumatına görə, sabah axşamdan etibarən şəhərdə fırtına və şiddətli leysan yağışları gözlənilir.
Fırtına ilə birlikdə qısamüddətli güclü tufan gözlənildiyi bildirilir.
Cənub-qərb küləyinin bu gün günorta saatlarında təsirini artıracağı, temperaturun 23 dərəcə ətrafında qalacağı bildirilir.
Açıqlamada bazar günü səhər saatlarından etibarən şəhərdə günəşli hava şəraitinin hökm sürəcəyi, temperaturun 21-24 dərəcə isti olacağı gözlənilir.
Oxşar xəbərlər
İstanbulda sel həyatı iflic etdi: Ölənlər var - VİDEO
Türkiyənin İstanbul şəhərində yağan leysan yağışlar ciddi fəsadlar törədib. Leysan nəticəsində küçələri su basıb. Güclü yağışlar nəticəsində Başakşehir rayonunu...
