Məkkədə şiddətli fırtına ibadət edənlərə çətin anlar yaşadıb - VİDEO

Səudiyyə Ərəbistanının Məkkə, Mədinə və Ciddə şəhərlərində fırtına və leysan yağışları təsirli olub.
BAKU.WS xarici mətbuata istinadan xəbər verir ki, Məscidül-Həramda təvaf edən yüzlərlə insan çətin anlar yaşayıb.
Şəhərin bəzi yerlərində küçələri su basıb, nəqliyyat vasitələri sel sularının altında qalıb.
Ciddədə güclü külək və yağış səbəbindən elektrik dirəkləri uçub.
Kəbədə namaz qılan müsəlmanlar əlverişsiz hava şəraitinə baxmayaraq ibadətlərini davam etdiriblər.
İnsanlara pis hava şəraitinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib, elektrik sızması və ani daşqınlara qarşı diqqətli olmaları bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
