İstanbul üçün qorxulu zəlzələ XƏBƏRDARLIĞI - Bu tarixdə ola bilər - VİDEO

İstanbul üçün qorxulu zəlzələ XƏBƏRDARLIĞI - Bu tarixdə ola bilər - VİDEO
Video
Siyasət 6554

Türkiyənin 10 şəhərində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra digər şəhərlərdə də təbii fəlakətin baş verəcəyi ehtimal olunur.

BAKU.WS xəbər verir ki, TGRT kanalında qonaq olan tanınmış professor Naci Görür İstanbul şəhərində mümkün zəlzələ ehtimalına münasibət bildirib.

Naci Görür İstanbul sakinlərini qorxutmaq istəmədiyini bildirib və onları ehtiyatlı olmağa çağırıb: "Mərmərə bölgəsində 1999-cu ildən sonra qarşıdakı 30 il ərzində zəlzələ ehtimalının 64 faiz olduğu deyilirdi. Biz 23 ili keçirdik, görün, hansı vəziyyətdəyik. 2029-cu il ola bilər.

Mərmərə və Düzcedə diqqətli olmaqla bağlı xəbərdarlıq etmişdik. Milləti qorxutmaq deyil, ehtiyatlı olmaqlarını istəyirdik. 3 ay sonra 7,2 bal gücündə Düzcedə zəlzələ oldu. Yaxşı ki, həyəcan siqnalı verdik və insanlar hazırlıqlı oldu. 20 ildir deyirik ki, İstanbulu zəlzələyə hazırlayın".

Son xəbərlər