İstanbul aeroportunda qalmış rusiyalı aparıcı qəzəbləndi – FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın “Birinci kanal”ında günlük və həftəlik xəbər proqramlarının aparıcısı Yekaterina Andreyeva Rusiya ilə Türkiyə arasında hava yoluyla sərnişin daşınmasının dayandırılmasından sonra İstanbuldan evə qayıtmaqda çətinlik çəkib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, “Instagram” səhifəsində başına gələnlərdən danışan məşhur telesima yaranmış vəziyyətə görə rusiyalı məmurları günahlandırıb və onların yalan danışdığını bildirib. O, yalnız xoş təsadüf və “Allahın köməyi” nəticəsində Rusiyaya qayıda bildiyini vurğulayıb.
Qeyd edək ki, tətilini Cənubi Afrika Respublikasında keçirən Y.Andreyeva İstanbuldan keçməklə Rusiyaya qayıdıb və iki ölkə arasındakı hava əlaqəsi məhdudiyyətlərinə görə bir neçə gün Türkiyədə ləngiməli olub.
Qalereya
Oxşar xəbərlər
Rusiya və Türkiyə arasında iplər qırılır - Nəticəsiz müzakirələr davam edir
Dünən Türkiyə və Rusiya diplomatları Moskvada İdlibdəki mövcud vəziyyəti müzakirə ediblər. BAKU.WS xəbər verir ki, İdlibdə hökumət qüvvələrini dəstəkləyən Rusiy...