İsrailin Baş naziri Türkiyə Prezidentinə zəng edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin yeni baş naziri Yair Lapid Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyə dövlət başçısını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-İsrail əlaqələri və regional proseslər müzakirə olunub.
Türkiyə dövlət başçısı Yair Lapidi Baş nazir seçilməsi münasibətilə təbrik edib.
Cari il noyabrın 1-də keçiriləcək seçkilərin İsrail xalqı üçün xeyirli olmasını diləyən Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərə qədər yeni məskunlaşdırılmaya icazə verilməməsini, Əl-Əqsa məscidinə aid status-kvonun qorunması kimi siyasətlərin davam etdirilməsini arzuladıqlarını bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...