İsrail ordusunun baş qərargah rəisi: "Hazırkı münaqişə uzun müddət davam edəcək"

İsrail ordusunun baş qərargah rəisi: Hazırkı münaqişə uzun müddət davam edəcək
Siyasət 0

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi hazırda davam edən Fələstin-İsrail münaqişəsinin mürəkkəb və uzunmüddətli olacağı barədə xəbərdarlıq edib.

BAKU.WS Tass-a istinadən xəbər verir ki, o, bu barədə İsrail hərbçilərinə yazdığı məktubda məlumat verib.

“X” sosial şəbəkəsində dərc edilən sənəddə deyilir:

“Müharibə çətin və uzun olacaq, lakin İDF öz missiyasına sadiqliyi, cəsarəti və yoldaşlığı sayəsində qalib gələcək”.

Halevi həmçinin, HƏMAS-ın hücumunun "İsrailin suverenliyini pozmaq" məqsədi daşıdığını, lakin İsrailin "evini və azadlığını müdafiə edəcəyini" söyləyib.

Onun sözlərinə görə, ölkənin hərbi qüvvələri artıq “düşmənin infrastrukturunu, onun üstünlüyünü və imkanlarını məhv edib, həm də ona ciddi ziyan vurub”.

Halevi qeyd edib ki, İsrail Müdafiə Qüvvələri “istənilən cəbhədə istənilən vəziyyətə” hazırdır.

Son xəbərlər