İsrail ordusunda xidmət edən türkəsilli aktyor AĞIR YARALANDI - FOTO

İsrail ordusunda xidmət edən türkəsilli aktyor AĞIR YARALANDI - FOTO
Foto
Siyasət 119

İsrail ordusuna könüllü olaraq qatılan aktyor Idan Amedi Qəzzada gedən döyüşlərdə ağır yaralanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Fauda" serialı ilə məşhurlaşan Idan hazırda Təl-Əvivdəki Mərkəzi Xəstəxanada müalicə almağa başlayıb.

Onun uşaqlıq illəri Qüdsdə keçib. Idan aktyorluqla yanaşı, müğənniliklə də məşğul olur. O türkəsillidir.

Xatırldaq ki, ötən ilin oktyabrında İsrail ilə HƏMAS arasında qarşıdurmaların şiddətləndiyi bir vaxtda dünyanın müxtəlif yerlərindən insanlar könüllü olaraq İsrail ordusuna qoşulmağa başlayıblar. Bu vaxt Netflix-də yayımlanan "Fauda" serialının aktyorlarından biri olan İdan Amedi İsrail ordusuna qatılıb.

O bununla bağlı instagram hesabında paylaşım edib. "Ailələrimizi və uşaqlarımızı qorumaq üçün burdayıq. Biz qalib gələcəyik. Bu Fauda səhnəsi deyil, bu bir həyatdır” - deyə o paylaşımda qed etmişdi.

Son xəbərlər