"Netflix"in məşhur serialının aktyoru Qəzzada öldürüldü - FOTO
"Netflix"-in məşhur "Fauda" serialında rol alan israilli aktyor Matan Meir Qəzza zolağında öldürülüb.
BAKU.WS xəbər verir ki, öldürülən aktyor İsrail ordusunun 551-ci briqadasının 697-ci batalyonunda ehtiyatda olan əsgər kimi xidmət edirdi.
Məlumata görə, Matan Meirin HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadasının üzvləri tərəfindən öldürüldüyü bildirilir.
"Fauda" serialının sosial media hesabı da aktyorun ölümü ilə bağlı paylaşım edib: "Ailə üzvlərimizdən biri olan Matan Meirin Qəzzadakı qarşıdurmada öldürüldüyünü paylaşmaqdan çox kədərlənirik. Matan komandanın ayrılmaz üzvü idi. Aktyorlar və heyət bu faciəvi itkidən çox kədərlənir. Matanın ailəsinə və yaxınlarına başsağlığı veririk".
Qalereya
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...