Netflix-in senarisi İsraildə gerçək oldu - FOTO/VİDEO

Netflix-in senarisi İsraildə gerçək oldu - FOTO/VİDEO
Video
Siyasət 0

Netflix-də yayımlanan və senarisi İsrail-Fələstin qarşıdurması olan "Fauda" serialında baş verənlər real həyatda gerçəkləşib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ekran işində rol alan aktyor Idan Amedi hazırda könüllü olaraq İsrail ordusuna qatılıaraq "HƏMAS"a qarşı döyüşür.

O serialda da İsraildən olan kəşfiyyatçı obrazını ifa edib. Kürdəsilli aktyor ""WhatsApp"ı açanda nə qədər mesaj gördüm. Hamınıza bildirmək istəyirəm ki, səhhətim yaxşıdır. Əhvalınızı yüksək tutun. Biz qazanacağıq. Ailələlərimiz və uşaqlarımızı qorumaq üçün burdayıq" - deyə bildirib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağından İsrailə hücum edib. Onlar insanları girov götürüb, bir neçə yüz dinc sakini öldürüblər.

Son xəbərlər