İsrail ordusu Qəzzada 24 əsgərini itirdi

İsrail ordusu Qəzzada 24 əsgərini itirdi
Siyasət 1

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzada müharibə başlayandan bu yana ən böyük itkisini verib.

BAKU.WS "cbsnews"a istinadən xəbər verir ki, Xan Yunus şəhərində SAXAL bir gündə 24 hərbçisini itirib.

Bu, HƏMAS döyüşçülərinin İsrail hərbçilərinə qarşı təşkil etdiyi hücum zamanı baş verib.

Belə ki, fələstinli döyüşçülər İsrail hərbçilərin olduğu binanı tank əleyhinə reaktiv qumbaraatanla (RPQ) vurub. Binanın çökməsi nəticəsində israilli hərbçilər həlak olublar.

Eyni vaxtda Livanın "Hizbullah" təşkilatı da İsrailin şimalındakı Meron dağında yerləşən hava müşahidə bazasına hücum edib. İsrail mətbuatı yazıb ki, Livandan İsrailin şimalına 12 raket atılıb, onlardan dördü vurulub, digərləri isə hərbi obyektə düşüb.

Son xəbərlər