"Hizbullah" İsrail bazasını vurub - VİDEO

Hizbullah İsrail bazasını vurub - VİDEO
Video
Siyasət 134

Livanın "Hizbullah" hərəkatı HƏMAS-ın siyasi büro rəhbərinin müavini Salih əl-Arurinin öldürülməsinə cavab olaraq sərhəddəki İsrail hərbi bazasına zərbələr endirib.

BAKU.WS xəbər verir ki, HƏMAS liderinin Beyrutda sui-qəsdə uğramasına cavab məqsədilə SAXAL-a məxsus hərbi bazaya 60-dan çox raket atılıb.

İsrail ordusundan açıqlanıb ki, Livandan Meron bölgəsinə 40-a yaxın raket atılması səbəbilə İsrailin şimalında həyəcan siqnalı verilib.

Qeyd edək ki, hücumdan sonra raketləri atan qrup İsrail ordusunun hədəfində olub. Belə ki, SAXAL tərəfindən raketlərin atıldığı yerlərə cavab zərbələri endirilib.

Son xəbərlər