İsrail ordusu Qəzzada HƏMAS-ın infrastrukturuna zərbələr endirib

20
okt
2023
21:31
İsrailin Müdafiə Ordusu oktyabrın 20-də Qəzza zolağında HƏMAS-ın bir neçə komanda mərkəzinə, atış məntəqəsinə, eləcə də yeraltı infrastrukturuna zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidmətinin “Telegram” kanalında dərc olunan bəyanatında deyilir.
Oktyabrın 20-də İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrailin HƏMAS-a qarşı hərbi kampaniyası üç mərhələdə baş tutacaq və onun yekunu Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılması olacaq.
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...
