İsrail ordusu HƏMAS-ın doklarına zərbələr endirib, bir dalğıcını zərərsizləşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail HƏMAS-ın hərbi-dəniz hədəflərinə zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail orsunun mətbuat xidməti məlumat yayıb. HƏMAS-ın Xan-Yunis və Qəzzadakı dokları (Limanlarda gəmilərə baxış keçirilməsi və onların təmirə dayanması üçün xüsusi yer - red.) vurulub. Məlumatda hədəflərin HƏMAS tərəfindən İsrailin sahilyanı şəhərlərində terror aktları törətmək üçün istifadə olunduğu bildirilir.
İsrail ordusu həmçinin HƏMAS-ın bir dalğıcının da zərərsizləşdirildiyini bildirib. Həmin dalğıc İsrail ərazisinə sığmağa cəhd göstərirmiş.
Qeyd edək ki, İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1200-ə yüksəlib, yaralananların sayı isə 2700-ü keçib.
Oxşar xəbərlər
İsrail-HƏMAS qarşıdurmasında 4-cü gün: Dəqiqə-dəqiqə son yeniliklər - FOTO
İsrail-Həmas qarşıdurmasının 4-cü günündə itkilər artır. İsrailin Qəzzaya qarşı "tam blokada" elanından sonra bölgəyə su, elektrik və yanacaq axını kəsilib. Dig...