İsrail Ordusu HƏMAS-ın daha bir komandirini məhv edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusu HƏMAS-ın komandirlərindən biri olan İbrahim Əbu Məqsibi zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, o, HƏMAS-ın tank əleyhinə raket bölməsinin komandiri olub.
Xatırladaq ki, noyabrın 6-da HƏMAS-ın daha 2 rəhbər şəxsi zərərsizləşdirilmişdi. Onlar qruplaşmanın xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh Camal Musa və Deyr əl-Bəlah batalyonunun adı açıqlanmayan komandiri olub.
HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib.
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS-ın daha bir komandirini öldürüb
İsrail ordusu HƏMAS-ın "Sabra Təl əl-Hava" batalyonunun komandirini məhv edib. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bild...