İsrail ordusu bir gecədə Qəzzada 320 hədəfi vurdu
İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında 320-dən çox hərbi obyektə zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin teleqram kanalında bildirilib.
Məlumata görə, İsrail Qəzza zolağında terrorçuların infrastrukturuna və hərbi obyektlərinə zərbələr endirməkdə davam edir.
İsrail ordusunun son 24 saat ərzində Qəzzada quru əməliyyatlarına hazırlaşan İsrail bölmələri üçün təhlükə yaradan qurğuları məhv etdiyi bildirilir.
Həmçinin qeyd olunur ki, endirilən zərbələr HƏMAS yaraqlılarının gizləndiyi tunelləri hədəf alıb. Onlarla operativ komanda mərkəzləri vurulub.
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...