"Squid Game" filminin 79 yaşlı aktyoruna təcavüzə görə şərti cəza verilib

Squid Game filminin 79 yaşlı aktyoruna təcavüzə görə şərti cəza verilib
Siyasət 3

Cənubi Koreya məhkəməsi “Squid Game” serialının 79 yaşlı aktyoru Oh Yeon-Soo-nu 7 il əvvəl baş vermiş cinsi təcavüz ittihamı ilə şərti cəzaya məhkum edib.

BAKU.WS xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bildirilib ki, 2017-ci ildə yaşlı bir kişi bir qadını qucaqlayıb yanağından öpüb. Oh Yeon-soo 2022-ci ilin noyabrında ittiham olunub. O, məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.

Aktyor səkkiz aylıq həbs cəzasına məhkum edilib və qərarın icrası iki il müddətinə təxirə salınıb (Cənubi Koreya məhkəmə sistemində cəzalar çox vaxt təxirə salınır - müttəhim müəyyən edilmiş müddət ərzində cinayət törətməyənə qədər faktiki həbs müddətini çəkmir).

Xatırladaq ki, 2022-ci ildə Oh Yeon Soo "Squid Game" serialındakı roluna görə "Ən Yaxşı Köməkçi Aktyor" nominasiyasında "Qızıl Qlobus Mükafatı"nı qazanıb.

Son xəbərlər