Sputnik-in əməkdaşı nümayişdə yaralandı - VİDEO
21
yan
2019
11:36
Yunanıstanın paytaxtı Afinada baş verən toqquşma zamanı Sputnik Yunanıstan-ın əməkdaşı Kostis Dadamis xəsarət alıb.BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, nümayişçilər onun əlindəki kameranı alıblar, onun özünü isə döyüblər.“Agentliyin əməkdaşı Kostis Dadamis bu gün ölkənin mərkəzində keçirilən çoxminlik mitinqi işıqlandırırdı. Naməlum şəxslər Dadamisdən kameranı onlara verməyi tələb ediblər. Jurnalist imtina edib. Həmin şəxslər Dadamisi və onu müdafiə etməyə çalışan digər fotoqrafları təqib etməyə başlayıblar” – deyə agentlik bildirir.Kostis hazırda xəstəxanadadır və rentgendən keçib. Vəziyyəti stabildir. Amma hələ də bir neçə tibbi yoxlamadan keçməlidir.BAKU.WS
Επίθεση στον φωτογράφο Κώστα Νταντάμξ στο #συλλαλητήριο για το Μακεδονικό pic.twitter.com/JBDM0yH9vm
— NEWS 24/7 (@News247gr) January 20, 2019
Oxşar xəbərlər
"WhatsApp"la bağlı ŞOK İDDİA: Mesajlarımız başqalarına gedə bilər
Populyar mesajlaşma proqramı "WhatsApp"da bir xəta nəticəsində telefonun yaddaşında olan mesajlar başqa şəxsə göndərilə bilər.BAKU.WS xəbər ki, bu xətanı "Amazo...