Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib
10
okt
2018
16:49
Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov barəsində cinayət başlanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, o, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinir.
Belə ki, E.Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb.
Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyib. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ittiham irəli sürülüb.
BAKU.WSOxşar xəbərlər
1 milyon manatlıq cinayət - Polkovnikə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS Trend-ə istinadən xəbə...