İspaniya Rusiya qazının ikinci ən böyük istehlakçısına çevrilib
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya Rusiyanın təbii qazından daha çox asılı vəziyyətə düşüb, onun iyuldakı tədarükü keçən illə müqayisədə 65% artıb.
BAKU.WS “report”a istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın Energetika və Ətraf Mühit Nazirliyinin bölməsindən bildiriblər.
Qeyd olunur ki, İspaniya bu ilin iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə 14% az qaz idxal etsə də, Rusiyadan idxalın iyul göstəricisində kəskin artım (65%) baş verib.
Nəticədə, Rusiya qazının ümumi idxalda payı (İspaniya tamamilə xarici qaza bel bağlayır) iyulda 28%-ə yüksəlib. Halbuki 2022-ci ilin eyni ayında bu göstərici 14,5% idi.
Oxşar xəbərlər
BVF: Rusiyadan Qafqaz və Mərkəzi Asiyadakı banklar vasitəsilə şəxsi köçürmələr monitorinq tələb edir
Rusiyadan Azərbaycana, Gürcüstana və Ermənistana xalis pul köçürmələri 2022-ci ildə əvvəlki illə müqayisədə beş dəfədən çox artaraq ÜDM-in müvafiq olaraq 3 %-ni...