Ərdoğan Qara dənizdən Türkiyəyə qaz nəqlinə start verdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qazının ölkə istehlakçısına çatdırılmasını simvolizə edən məşəli alovlandırıb.
Bununla da, dövlət başçısı Qara dənizdən Türkiyəyə qaz nəqlinə start verib.
Prezident Ərdoğan Filyosda Qara dəniz qazının istismara verilməsi mərasimində çıxış edib.
O, hadisəni ölkənin enerji müstəqilliyi yolunda tarixi addım adlandırıb.Ərdoğanın sözlərinə görə, birinci mərhələdə gündə 10 milyon kubmetr qaz hasil edilməsi planlaşdırılır. Gələcəkdə isə bu rəqəm 40 milyon kubmetrə çatdırılacaq və ölkənin illik ehtiyacının təxminən 30 faizini qarşılayacaq.
Türkiyə Prezidenti vurğulayıb ki, növbəti bir il ərzində ölkə vətəndaşlarına ayda 25 kubmetr qaz pulsuz veriləcək. Həmçinin, bir ay ərzində Türkiyə daxilində yaşayış evlərinin təbii qaz istehlakı üçün ödəniş edilməyəcək.
Karadeniz doğal gazımız Türkiye Yüzyılı’na armağan olsun. 🇹🇷 pic.twitter.com/hEvSivxx8q
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 202023
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...