“Space” TV-nin rəhbərliyindən ayrılan Vaqif Mustafayev haradadır?
07
okt
2021
11:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Vaqif Mustafayev “Space” TV-nin rəhbərliyindən ayrılandan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru vəzifəsində çalışır.
Belə ki, rejissor bu yaxınlarda “Fəryad-2” tammetrajlı bədii filminin çəkilişlərini də yekunlaşdırıb.
Qeyd edək ki, V.Mustafayev Dövlət Mükafatı laureatı, Xalq artistidir. Onun filmləri bir sıra beynəlxalq festivallarda mükafatlar alıb.
O, 2006-2021-ci illərdə “Space” televiziya kanalının rəhbəri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...