Sovetlərin Ankaraya qarşı ideoloji aləti: "Erməni kartı"nın yaranması, yayılması və bugünkü iflası"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Paşinyanın etirafı: "soyqırımı" 1950-lərdən sonra gündəmə gəldi" adlı veriliş hazırlanıb.
BAKU.WS xəbər verir ki, verilişdə Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Türkiyənin, Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı erməni-daşnak cinayətlərindən, Ermənistan cəmiyyətində türkə nifrət anlayışından danışıb.
O bildirib ki, "erməni soyqırımı" 1950-ci ildən sonra gündəmə gəldi: "Sovet hökumətinin Ankaraya qarşı gizli planı, "erməni kartı" var idi. Bu ideoloji alət təbii ki, bu gün iflasa uğrayır. 1915-ci il həqiqətləri, Quba və Şərqi Anadoludakı erməni cinayətinin sübutu olan toplu məzarlar çox faktlardan xəbər verir.
Onun sözlərinə görə, Mikoyanın qeydləri böyük erməni soyqırımı yalanını ifşa etdi: "Mikoyan erməniləri daşnakların öldürdüyünü etiraf edib. Soyqırımı türklər yox, ermənilər edib.
Ermənilər muzey, abidə, təhsil və media vasitəsilə kollektiv türkə nifrət anlayışını təbliğ ediblər. Artıq soyqırımı ideologiyası iflasa uğrayıb. Ermənistan cəmiyyətində bu ideologiya artıq aşınıb və yeni reallıq axtarışı başlayıb".
Q.Çaxmaqlı baş nazir Nikol Paşinyanın "erməni soyqırımı" ilə bağlı etirafları, 1915-ci il hadisələri, müharibə reallığı ilə siyasi miflərin toqquşması, tarixi rəqəmlərin manipulyasiyası, eləcə də uydurma simvolik yaddaşın siyasətə çevrilməsinin anatomiyası ilə bağlı fikirlərini açıqlayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
İlham Əliyev "Qarabağ"ı təbrik etdi
Prezident İlham Əliyev "Qarabağ"ın "Kopenhagen" üzərində qələbə qazanması münasibətilə komandanı təbrik edib. BAKU.WS paylaşımı təqdim edir:
