Son sutkada Ukrayna ordusu rusların yeddi hücumunu dəf edib

Son sutkada Ukrayna ordusu rusların yeddi hücumunu dəf edib
Siyasət 53

Ukrayna Silahlı Qüvvələri təkcə Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin yeddi hücumunu dəf edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Həmçinin Rusiya tərəfinin on üç tank, üç artilleriya sistemi, on yeddi zirehli texnikası, dörd zirehli döyüş maşını və on səkkiz avtomobil və dörd yanacaqdaşıyanı məhv edilib. Hava hücumundan müdafiə bölmələri sözügedən ərazidə “Orlan-10” tipli üç pilotsuz uçuş aparatını vurub.

Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 61-ci günüdür.

Son xəbərlər