Rusiya-Ukrayna cəbhəsində SON VƏZİYYƏT

Rusiya-Ukrayna cəbhəsində SON VƏZİYYƏT
Siyasət 133

Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumu dəf olunub.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Hücum nəticəsində Rusiyanın 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib.

Həmçinin, Ukrayna Hərbi Hava Qüvvələri, Quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə son sutkada Rusiyanın 15 hədəfini - 9 PUA-sını ("Orlan-10"), 3 təyyarəsini ("Su-34", "Su-35", "Su-25") və 3 helikopterini (2 "Mi-8" və bir "Ka-52") məhv edib. Məlumata görə, Ukraynanın Novoaydar şəhərindəki mərkəzi rayon xəstəxanasına Rusiyanın 50-dən çox hərbçisinin meyiti, 220 yaralı hərbçisi yerləşdirilib.

Son xəbərlər