Somali prezidenti: "Bu səfər qardaş ölkələrimiz arasında strateji müttəfiqliyin başlanğıcı deməkdir"
"Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən, iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışlarının üst-üstə düşdüyünü vurğulayan Hasan Şeyx Mahmud, həmçinin bildirib:
"Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim".
Oxşar xəbərlər
Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir
Belarus və Azərbaycan siyasi dialoqu, iqtisadi əməkdaşlığı və humanitar əlaqələri genişləndirərək strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir. BAKU.WS "Re...