SOCAR-ın Türkiyədəki ofisinə hücumda şübhəli bilinən 13 nəfər saxlanılıb
03
iyn
2024
15:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın Türkiyə ofisinə hücumda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə yerli media xəbər yayıb.
Bildirilib ki, "Fələstin Üçün Min Gənc" təşkilatının 13 üzvü saxlanılıb. Onların ifadələri alınandan sonra məhkəmə qarşısına çıxarılacağı vurğulanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl SOCAR-ın İstanbuldakı ofisinə hücum olub. Səbəb kimi SOCAR-ın guya İsrailə neft satması göstərilib.
SOCAR Türkiyə bu gün İsrailə xam neft satmaq ittihamlarına cavab olaraq məlumat yayıb. Şirkət yaydığı açıqlamada iddiaları əsassız adlandırıb.//Oxu.az
Oxşar xəbərlər
“Vaqner” hara yoxa çıxıb? - FOTO
“Vaqner” muzdlu hərbi təşkilatının kulminasiya nöqtəsi keçən yay Baxmut uğrunda qanlı döyüşlərdən və mərhum Yevgeni Priqojinin uğursuz "Moskvaya qarşı kampaniya...