SOCAR əməkdaşı qələbə sevincini bütün həmkarları ilə bölüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ müharibəsi başlayan gündən ordumuzun sıralarında düşmənə qarşı əks-hücum əməliyyatlarında iştirak edən minlərlə əsgərimizdən biri də Nicat Hüseynovdur.
Dövlət Neft Şirkətinin verdiyi məlumata görə, SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışan 28 yaşlı N.Hüseynov Füzuli, Xocavənd, Hadrut və Şuşa istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib.
Bildirilib ki, yaralanan, lakin daha sonra sağalan kimi yenidən cəbhə yoldaşlarına qatılan N.Hüseynov Qarabağın mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunduğu gün qaya parçasına “SOCAR Şuşada” sözlərini həkk etməklə qələbə sevincini bütün həmkarları ilə bölüşüb.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...