İsmayıl Alper Coşkun: “Amerikanın reaksiyasını gözləyirik”

İsmayıl Alper Coşkun: “Amerikanın reaksiyasını gözləyirik”
Siyasət 758
 

"15 iyul gecəsi Türkiyədə gerçəkləşən hərbi çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı dayanır. O şəxsin ekstradisiyası ilə lazımi sənədlər ABŞ-a göndərilib”. 

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfir bildirib ki, ABŞ-dan əsas gözlənti göndərilən sənədlərə lazımi reaksiyanın verilməsidir.

Türkiyənin öz demokratiyasına sahib çıxan güclü dövlət olduğunu vurğulayan İ. A. Çoşkun ölkənin xarici siyasətinin dostluqların sayını artırmaq əsasında qurulacağını söyləyib: "Rusiya ilə təyyarə hadisəsindən sonrakı sıxıntılı dövrü geridə qoyduq. İsraillə münasibətləri də müsbət yöndə inkişaf etdirməyə davam edəcəyik”.

BAKU.WS

Oxşar xəbərlər

Səfir: "FETÖ ilə mübarizəmizdə tək dostumuz Azərbaycandır"

Səfir: "FETÖ ilə mübarizəmizdə tək dostumuz Azərbaycandır"

"Hər mübarizəmizdə olduğu kimi, FETÖ ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duracaq tək dostumuz Azərbaycandır”. APA-nın xəbərinə görə, bunu Türkiyənin Azə...

822 Siyasət 17:48 21 iyul 2016

Son xəbərlər