İsmayıl Haniyənin Dohadakı yas mərasimindən İLK GÖRÜNTÜLƏR - FOTO

İsmayıl Haniyənin Dohadakı yas mərasimindən İLK GÖRÜNTÜLƏR - FOTO
Foto
Siyasət 104

İranda öldürülən HƏMAS lideri İsmayıl Haniyə üçün Qətərin paytaxtı Dohada yas mərasimi təşkil edilir.

BAKU.WS xəbər verir ki, xarici mətbuatda həmin yas mərasimindən ilk görüntülər yayılıb.

Haniyənin nəşi cümə namazından sonra torpağa tapşırılacaq.

Bir çox ölkədən rəsmilərin iştirakı ilə keçiriləcək dəfn mərasimi üçün gecə saatlarından Həməd Beynəlxalq Hava Limanında uzun növbələr yaranıb.

Qətər təhlükəsizlik qüvvələri Dohanın bəzi küçələrini, xüsusən də cümə namazından sonra cənazə mərasimi keçiriləcək Məhəmməd bin Əbdülvahab məscidinin ətrafında sıx təhlükəsizlik tədbirləri görüb.

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Doha şəhərində Hamas rəhbərlərinə başsağlığı verib.

Xatırladaq ki, İsmayıl Haniyə üçün İranın paytaxtı Tehranda Haniye üçün dəfn mərasimi keçirilib. Dəfn mərasiminin Tehran Universitetində keçirildiyi bildirilib.

Son xəbərlər