Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 15-də Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Slovakiya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Birol Akgün İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib
15 iyul 2026-cı ildə baş verən xain addımın məqsədi Türkiyəni xaosa sürükləmək idi. BAKU.WS xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Ba...