Si Cinpin üçüncü dəfə Çin Kommunist Partiyasının Baş katibi seçilib

23
okt
2022
10:28
Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi (ÇKP Mərkəzi Komitəsi) bazar günü Si Cinpini üçüncü müddətə Baş katib seçib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Mərkəzi Komitə həmçinin partiyanın yeni Siyasi Bürosunu seçib. Çin Mərkəzi Televiziyasının məlumatına görə, büroya yenə yeddi nəfər daxil olub.
Səsvermə Çin Kommunist Partiyasının XX Mərkəzi Komitəsinin birinci plenumunda baş tutub. Si Cinpin, Li Syan, Çjao Leszi, Van Xunin, Li Si, Çay Çi və Din Syusyan Siyasi Büronun Daimi Komitəsinin üzvləri olublar.
Oxşar xəbərlər
Britaniyanın Baş naziri vəzifəsinə namizədlərin adları açıqlanıb - SİYAHI
Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri Liz Trasın istefasından sonra ölkə hökumətinə rəhbərlik edəcək potensial namizədlərin a...
