Şuşada Xocalı qurbanları anılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa şəhərində Xocalı qurbanları anılıb. Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı Şuşa şəhərində bu faciənin günahsız qurbanları anılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin iştirak etdiyi 1 dəqiqəlik anma mərasimi şəhərin mərkəzi meydanında və Yuxarı Gövhərağa məscidinin qarşında baş tutub.
Anım mərasimində şəhərdə fəaliyyət göstərən digər dövlət və özəl şirkətlərin rəhbərlikləri də iştirak etmişdir. Xocalı soyqırımının bütün qurbanlarına Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...