Şuşada TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması mərasimi keçirilir - YENİLƏNİB - 2
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması mərasimi keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, imzalanma mərasimi başa çatandan sonra dini liderlər Birgə Bəyannamə qəbul edəcəklər.
Daha sonra onlar birgə mətbuat konfransı keçirəcəklər.
***11:12
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş Şuşa şəhərindədir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtında TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, birgə bəyanat qəbul ediləcək.
Daha sonra dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.
Nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.
***10:06
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.
Onlar erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.
Daha sonra dini liderlər Füzulidən Şuşaya yola düşüblər.
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...