Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir neçə gün sonra artıq Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Şuşadakı həyatı, yaşayışı bərpa etmək üçün işlər sürətlə davam etdirilməkdədir: "Artıq Şuşada xəstəxana və orta məktəbin də inşası prosesi sürətlənməkdə və şəhərin həyat rejimi bərpa olunmaqdadır".
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...