Şuşada “ASAN xidmət” mərkəzi açılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxın vaxtlarda Şuşada “ASAN xidmət”in açılması planlaşdırılır”.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, hazırda Şuşada inşa edilən “ASAN xidmət” mərkəzində işlər tamamlanmaq üzrədir:
“Ümumiyyətlə, azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndlərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada “ASAN xidmət” mərkəzi açılacaq”.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...