Şuşa istiqamətində mövqelərimiz atəşə tutulub
20
avq
2021
10:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
"Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Erməni silahlıları Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədib
Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şə...