Şuşa ilə bağlı yeni TƏKLİF
Yeniliklərdən dərhal xəbərdar olun
"Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbir keçirilməsini təklif edirəm".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
O bildirib ki, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir: “Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımı da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm, xanım sədr, siz də bu məsələni qaldırasınız”.
Oxşar xəbərlər
Şuşanın işğaldan öncəki görüntüləri - VİDEO
Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 28 il ötür. Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-...