Şuşa fatehlərindən olan şəhid Qaxda dəfn edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid olan baş leytenant Ağayev Asəf Abid oğlu doğulduğu Qax rayonunda dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Asəf Ağayev rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Asəf Ağayev 1993-cü ildə Qax şəhərində doğulub. O, 27 sentyabrda başlayan Vətən müharibəsində sonadək vuruşub. A.Ağayev əsasən Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. O, dekabrın 17-də minaya düşərək şəhid olub.
Qalereya
Oxşar xəbərlər
Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun igidlik hekayəsi - FOTO
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir aydan çox vaxt keçir. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Erməni...