Şuşa ətrafında döyüşlərdə məhv edilən suriyalı muzdlular - SİYAHI + FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Daşnaksütyun Partiyası Şuşa ətrafında döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən muzdluların kimliyini açıqlayıb.
Bildirilir ki, bunlar Suriya erməniləri - Hələb şəhərində silahlı qruplaşmaların komandiri Arut Banoyan (1976-cı il təvəllüdlü), silahlı qruplaşma üzvləri Akop Astarçyan (1991-ci il təvəllüdlü) və Mosik Seklemyandır (1992-ci il təvəllüdlü).
Xatırladaq ki, ötən ay Ermənistanın məskunlaşma üzrə əyalət departamentinin sədri Robert Matevosyan cəbhəboyu gedən döyüşlərdə erməni əsgərlərinə kömək üçün göndərilən 100 nəfərdən çox könüllü içərisində Suriya ermənilərinin olduğunu etiraf etmişdi.
Oxşar xəbərlər
Siyasi partiyalar İlham Əliyevə təbrik məktubu göndərib
Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayı...