Şuşa bütün İslam ölkələrinin ürəyindədir - Diplomat
Yeniliklərdən dərhal xəbərdar olun
“Məni Şuşaya dəvət etdiyi üçün Azərbaycan hökumətinə minnətdaram”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Şuşada səfərdə olan Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Şuşa bütün ərəb və İslam ölkələrinin ürəyindədir.
“Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Şuşa qələbəsi tarixə həkk olunub. Prezident İlham Əliyev Şuşanı Azərbaycanın tacında ən qiymətli daşa bənzədib. O haqlıdır. Biz yaxın gələcəkdə Şuşaya qayıtmaq və yenidənqurmanın nəticələrini görmək istərdik”, - deyə liviyalı diplomat vurğulayıb.
Oxşar xəbərlər
Prezident və xanımı Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğma...