Şuşa Bəyannaməsi yeni bir dirilişin müjdəsidir - Sədr
Yeniliklərdən dərhal xəbərdar olun
"Milli Qurtuluş Günü imzalanan Türkiyə ilə Azərbaycan arasında "Müttəfiqlik haqqında" Şuşa Bəyannaməsi yeni bir dirilişin, yenidən doğuluşun müjdəsidir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Şuşa Bəyannaməsindən danışan Dövlət Komitəsinin sədri deyib:
"Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələr müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir".
Qeyd edək ki, iyunun 15-də Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...