Şok: Bu ölkədə uşaqlar üçün evtanaziyaya icazə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Niderland hökuməti dözülməz ağrılardan əziyyət çəkən və sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Nazirlər Şurası ölkənin Səhiyyə Nazirliyinin hazırladığı və hökumət tərəfdaşları tərəfindən razılaşdırılan əsasnaməni qəbul edib. Bununla da 12 yaşa qədər uşaqlara evtanaziya hüququ verilib.
Bundan əvvəl evtanaziya üçün protokol bir yaşa qədər ölümcül xəstələrə şamil edilirdi.
Qeyd edək ki, Belçika ilk ölkədir ki, 2014-cü ildən sağalmaq ümidi olmayan və çox əziyyət çəkən 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verib.
Oxşar xəbərlər
İspaniyada evtanaziyaya dair qanun layihəsi təsdiqləndi
İspaniya parlamentinin aşağı palatası olan Deputatlar Konqresi evtanaziyanı (sağalmaz dərdə tutulmuş xəstənin özünün və ya onun qohumlarının razılığı ilə həmin...