Şöbə müdiri: “MSK-nın veb-kameralarının üzərinin bağlanması barədə deyilənlər əsassızdır”

Şöbə müdiri: “MSK-nın veb-kameralarının üzərinin bağlanması barədə deyilənlər əsassızdır”
Siyasət 655

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi məntəqələrində kameraların üzərinin örtülməsi barədə məlumatlara Mərkəzi Seçki Komissiyası (MSK) münasibət bildirib.

MSK-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında bildirib ki, bu məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur:

“Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı narazılıqlar olmuşdu. Bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır.

MSK-nın quraşdırdığı veb-kameraların üzərinin bağlanması barədə iddialar isə əsassızdır, bütün veb-kameralar hazırda aktivdir. Kim istəsə, veb-kameralar vasitəsilə seçkini müşahidə edə bilər”.

Son xəbərlər