Şimali Koreyada pişik və göyərçinlərin məhvi barədə əmr verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya rəhbərliyi ölkədəki koronavirusun yayılmasını dayandırmaq üçün Çinlə həmsərhəd bölgələrdə pişiklərin və göyərçinlərin məhv edilməsi barədə əmr verdi.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, məmurların fikrincə heyvanlar qonşu dövlətdən ölkəyə virus gətirir.
Məlumata görə, Xesan şəhərində ailələrdən biri ev pişiyindən imtina etmədikləri üçün 20 gün müddətinə təcridxanaya yerləşdirilib.
Ailə pişiyi təhvil verməmək üçün səlahiyyətlilərə onun öldüyünü bildirib. Lakin, bir neçə gün sonra heyvan KXDR və Çin arasındakı sərhəddəki hasarda görülüb. Onu tutmaq mümkün olmasa da, sahiblərini müəyyənləşdirmək mümkün olub. Nəticədə pişik götürülüb, ailə isə təcridxanaya salınıb.
Qeyd edək ki, KXDR ölkədə koronavirus infeksiyasının qeydə alınmadığını bəyan edib. Ölkə dəfələrlə xarici yardıma ehtiyac duymadıqlarını bildirib.
Oxşar xəbərlər
DST rəhbəri: yeni koronavirusun yayılmasını dayandırmaq mümkündür
Çində koronavirusa yeni yoluxmaların sayı azalmaqda davam edir. Ötən ilin sonunda epidemiyanın başladığı Çinlə müqayisədə digər ölkələrdə dünən 9 dəfə çox virus...