İşğaldan azad olunmuş Suqovuşan ərazisinin “Azersky” peykindən əldə edilmiş təsviri paylaşıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İşğal altında olan torpaqlarımızın azad olunması haqqında demək olar ki, hər gün qələbə xəbərləri alırıq.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun azad etdiyi və artıq ölkəmizin üçrəngli bayrağının dalğalandığı Suqovuşan ərazisinin “Azersky” peykindən əldə olunmuş təsviri təqdim edilib.
BAKU.WS azertac-a istinadən xəbər verir ki, təsviri “Azərkosmos” ASC yayıb.
Ölkəmiz üçün əhəmiyyətli strateji mövqe olan Suqovuşan ərazisi uzun illərdir ki, Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinə və ekoloji terror fəaliyyətinə məruz qalıb.
Bu gün Azərbaycan tarixi ədalətin bərpası üçün mübarizə aparır və işğal altında olan torpaqlarımızın hər bir qarışını erməni vandalizmindən azad edir.
Zəfər bizimdir! Qarabağ Azərbaycandır!
Oxşar xəbərlər
İlham Əliyevin CNN-Türk televiziyasına müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir: - Cənab Prezident İlh...