İşğaldan azad edilmiş ərazilərdə 80 km yeni yol çəkilib
Yeniliklərdən dərhal xəbərdar olun
"İşğaldan azad edilmiş bütün ərazilərdə mövcud yolların mina və döyüş sursatlarından təmizlənərək bərpası və yeni yolların təmizlənməsi işləri aparılır".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib.
Onun sözlərinə görə, paralel olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə kommunikasiya xətlərinin çəkilməsi üçün həmin xətlərin keçdiyi ərazilərə ayrılmış qruplar tərəfindən minatəmizləmə tapşırıqları uğurla yerinə yetirilib:
"Ümumilikdə 135,5 km yol bərpa edilib və 80 km yeni yol çəkilib. Ərazilərin mina və partlamamış döyüş sursatlarından tam təmizlənməsi zamanı 1 453 ədəd tank, 5 420 ədəd piyada əleyhinə mina və 17 500 ədəd müxtəlif çaplı döyüş sursatları aşkar edilərək zərərsizləşdirilib".
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...