İşğaldan azad edilən ərazilərə gedənlərə XƏBƏRDARLIQ

İşğaldan azad edilən ərazilərə gedənlərə XƏBƏRDARLIQ
Siyasət 688

“Vətəndaşları işğaldan azad edilən ərazilərə daxil olmamağa çağırırıq. Çünki orada minaya düşmək riski çox yüksəkdir".

BAKU.WS xəbər verir ki, bu sözləri bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib.

O əlavə edib ki, yaxın gələcəkdə insanların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılacaq.

Qəzənfər Əhmədov həmçinin bildirib ki, vətəndaşlar naməlum əşya ilə rastlaşarkən dərhal 102 xidməti, FHN-in “Qaynar xətti”, həmin rayon və şəhər üzrə polis bölmələrinə məlumat verməlidir.

Son xəbərlər